Home » Xalq Bank Azərbaycan Boks Federasiyasına üzv oldu

Xalq Bank Azərbaycan Boks Federasiyasına üzv oldu

by yunus
0 comments 1 views 1 minutes read

Maliyyə bazarının aparıcı iştirakçılarından olan Xalq Bank ölkədə idmanın inkişafına dəstəyini davam etdirərək Azərbaycan Boks Federasiyasına üzv oldu.

Bu əməkdaşlıqla Xalq Bank, korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq gənclər arasında sağlam yaşam tərzinin təşviqinə, boks idmanının kütləviləşməsinə və idman infrastrukturunun gücləndirilməsinə töhfə verəcək.

Azərbaycan Boks Federasiyası 1992-ci ildən Beynəlxalq Boks Assosiasiyasının, 2025-ci ilin may ayından Dünya Boksu (World Boxing) təşkilatının tam hüquqlu üzvüdür. Federasiyanın nəzdində müxtəlif yaş qrupları üzrə milli komandalarımızın heyətində yer alan boksçularımız dəfələrlə beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil etmişlər. Federasiya, həmçinin ölkə üzrə fəaliyyət göstərən regional mərkəzlərində boks məktəblərinin formalaşdırılması, yeni gənc nəslin yetişdirilməsi, inkişafı və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində proqramlar həyata keçirir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.