Home » Xankəndi şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Xankəndi şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Xankəndi şəhərində pərakəndə istehsal sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə məlumat verib.

Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, işçilərlə əmək müqavilələrinin bağlanması, vergi hesabatlarının qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə vergi ödəyicilərinin qanunvericiliyin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.