Home » Xaricdən gətirilən mallara görə limitin 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı iddiaların əsası yoxdur – DGK

Xaricdən gətirilən mallara görə limitin 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı iddiaların əsası yoxdur – DGK

by ulviyya
0 rəy 3 baxış 0 dəqiqə oxuma

Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.