Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xidmət sahəsi üzrə layihələr üçün sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlana bilərlər - BBN

Xidmət sahəsi üzrə layihələr üçün sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlana bilərlər

Xidmət sahəsi üzrə layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir.

BBN.az xəbər verir ki, bu haqda SİF-in məlumatında qeyd edilib.

“Belə ki, Naxçıvan Muxtar Respublikası və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməklə ictimai iaşə (restoran, kafe, yeməkxana, bufet və s.), ictimai nəqliyyat (müəyyən marşrut xətti üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasının həyata keçirilməsi) və digər xidmət sahələrinin inkişafını nəzərdə tutan layihələr bu prioritet istiqamətə aid edilir. Sahibkarlar belə layihələr üzrə SİF-in güzəştli kreditlərindən yararlana bilərlər”, – deyə məlumatda qeyd edilib.

Related posts

Yaşıl Kart sığortası təqdim edən şirkətlər açıqlanıb

Qlobal enerji bazarındakı qeyri-sabitlik Azərbaycana necə təsir edəcək?

Neft bazarlarında “diplomatiya” qiymətləri aşağı salır: ABŞ və İran arasında razılıq ümidi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı