Home » “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə layihənin ətraf mühitə təsirinə dair müzakirələrin növbəti mərhələsi başlayıb

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə layihənin ətraf mühitə təsirinə dair müzakirələrin növbəti mərhələsi başlayıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən reallaşdırılacaq 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə layihənin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədinə dair müzakirələrin növbəti mərhələsi başlayıb. Müzakirələr Xızı və Abşeron rayonlarında hər birində iki gün olmaqla ümumilikdə dörd gün davam edəcək.

Müzakirələrin ilk günündə “ACWA Power” və şirkətin yerli tərəfdaşı “Ecoenergy” MMC-nin, həmçinin ətraf mühit və idarəetmə üzrə beynəlxalq məsləhətçi “5 Capitals” şirkətinin əməkdaşları tərəfindən layihə haqqında ətraflı məlumat verilib, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədinin icmalı təqdim olunub və müzakirə iştirakçılarının sualları cavablandırılıb.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında layihə üzrə “İcra müqaviləsi”, həmin ilin dekabr ayında isə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.