Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi, mövcud vakansiyalarla tanışlıq məqsədilə növbəti əmək yarmarkası təşkil edilib.
Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən Xızıda keçirilən yarmarkada 10 müəssisə iştirak edib və 56 boş iş yeri təqdim edilib. Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan işəgötürənlər, işsiz və işaxtaran şəxslər və Agentliyin nümayəndələri iştirak edib.
Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün göndərişlər formalaşdırılıb.
Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.