Home » Xocalı sakinlərinə səyyar ASAN xidmət göstərilir

Xocalı sakinlərinə səyyar ASAN xidmət göstərilir

by Aytac
0 comment 1 views 1 minutes read

Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı Şuşa rayonunun  işğaldan azad edilmiş Malıbəyli və Quşçular kəndləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Qanuna əsasən Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.

Xocalı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən qeyd olunan kəndlərin sakinlərinin daimi qeydiyyat ünvanının dəyişdirilməsi zərurəti yaranıb.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi səyyar qruplar formalaşdırılıb.

Səyyar ASAN xidmət çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Gilavar sanatoriyasında və Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan müvafiq kəndlərin 150-dən çox sakininə xidmətin göstərilməsi nəzərdə tutulur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.