Home » XRİTDX tərəfindən qlobal elektron poçt sistemində boşluqlar aşkarlandı

XRİTDX tərəfindən qlobal elektron poçt sistemində boşluqlar aşkarlandı

by yunus
0 comments 1 views 1 minutes read

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edilmişdir.
BBN.az xəbər verir ki, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənərək ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınmışdır.
Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı olan və ABŞ-ın Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılmışdır.
Məlumat üçün qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60.000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.

 

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2976

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2977

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.