Home » Xüsusi karantin rejimi müddətində “Kənd sovqatı” layihəsi vətəndaşlara dəstək olacaq

Xüsusi karantin rejimi müddətində “Kənd sovqatı” layihəsi vətəndaşlara dəstək olacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Kənd Sovqatı” layihəsinin icrasını davam etdirir. Belə ki, dünyada yayılmış COVİD-19 pandemiyası səbəbilə ölkədə tətbiq edilən xüsusi karantin rejimində Azərbaycan Könüllülərinin   Əlaqələndirmə   Mərkəzi   ilə   birgə   müxtəlif   dəstək addımılarında iştirak edən Aqrar İnkişaf Könüllüləri bu istiqamətdə daha bir uğurlu aksiya yaradaraq 65 yaşdan yuxarı ahıllar və aztəminatlı ailələr üçün “Kənd   Sovqatı” layihəsi çərçivəsində ərzaq yardımına başlayıblar. Könüllülər ilkin   mərhələdə 50 regionda 150-dək ailəyə kömək edəcəklər, lakin dəstək   göstərən tərəfdaş şirkətlərin qərarlarına uyğun olaraq ailələrin sayının 1000-ə qədər yüksəldilməsi hədəflənib.  

Könüllülər eyni zamanda bir neçə böyük layihədə çalışırlar. Onlar əhalinin maariflənidirilməsi, yerlərdə insanların onlayn fəaliyyətinə dəstəyin verilməsi, eləcə də yaşlı və ehtiyaclı insanların araşdırılıb qeydə alınması və onlara müxtəlif istiqmətli dəstəyin verilməsində iştirak edirlər.

Məlumat üçün bildirək ki, əvvəlki illərin də ənənəsi ilə “Kənd Sovqatı” “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüdətli davamlı layihəsidir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində ölkənin bütün regionlarında müxtəlif ailələrin ehtiyacları nəzərə   alınıraq dəstək göstərilir, həmçinin şəhid ailələri və ahıllar könüllülər tərəfindən mütəmadi ziyarət edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.