“Xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının işə adaptasiyası” mövzusunda onlayn seminar keçirilib – VİDEO

Azərbaycan Banklar Assosiasiyasının “İnsan resurslarının idarə olunması” Ekspert  Qrupunun təşkilatçılığı və “Ziraat Bank Azərbaycan” ASC-nin dəstəyi ilə 15 may 2020-ci il tarixində “Xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının işə adaptasiyası” mövzusunda “Zoom proqramı” üzərindən ABA-ya üzv bankların əməkdaşları üçün onlayn seminar təşkil edilmişdir. Seminar “Ziraat Bank Türkiyə”nin İnsan Resursları Qrupunun rəhbəri Dr. İlker Met tərəfindən keçirilmişdir.

Seminarda Koronavirus infeksiyasının (COVİD-19) yarada biləcəyi təhlükənin qarşısının alınması üçün tətbiq edilmiş xüsusi karantin rejimindən sonra bank əməkdaşlarının iş rejiminin tənzimlənməsi, uzun fasilədən sonra normal iş rejiminə qayıdan əməkdaşların işə adaptasiyası, onların ev mühitindən iş mühitinə keçidinə daha tez nail olunması, yarana biləcək psixoloji və fizioloji təsirlərin itkisiz aradan qaldırılması, diqqət və konsentrasiyanın təmin olunması ilə bağlı təqdimat vasitəsi ilə mühazirələr edilib, dinləyiciləri maraqlandıran suallara cavab verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır