
Hazırda Azərbaycanda fərdi məlumatların qorunması sahəsində yeni yanaşma işlənib hazırlanır.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov “Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, fərdi məlumatların qorunmasına dair tələblər 2010-cu ildə qəbul edilib, lakin hazırda Avropa İttifaqının məlumatların qorunması qaydalarına – GDPR-ə daha uyğun olan yeni yanaşma hazırlanır.
“Hazırlanan versiyanın yaxın gələcəkdə qəbul ediləcəyi gözlənilir. Bundan başqa, yeni redaksiyada müddəalar yenidən nəzərdən keçirilib, məlumat sahiblərinə və onların məlumatların qorunması sahəsində məsuliyyətlərinə dair müəyyən məsələlər tənzimlənib”, – deyə o qeyd edib.
Mənbə: Report.az





