Home » Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “Huawei” şirkətinin vitse-prezidenti ilə görüş keçirilmişdir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “Huawei” şirkətinin vitse-prezidenti ilə görüş keçirilmişdir

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Cari ilin 3 noyabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Liu Tong və şirkətin digər nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə tərəflər İKT üzrə infrastruktur layihələri, yeni nəsil “5G” texnologiyaları və “bulud” xidmətləri kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.

“Huawei” şirkətinin nümayəndələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən “CIDC-2023” tədbirində iştirak etməkdən məmnunluq duyduqlarını bildirmişdirlər.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Xidmət ilə “Huawei” şirkəti arasında əməkdaşlıq sahəsində böyük perspektivlərin olduğunu vurğulamışdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.