Home » Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsi başlayıb

Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsi başlayıb

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimində fəaliyyətin təşkili və idarə edilməsi çərçivəsində müəyyən etdiyi mərhələlər üzrə proseslər davam edir.

Beləliklə, ilk mərhələnin yekunu olaraq xüsusi tənzimləmə rejimində iştirakla bağlı ümumilikdə 21 müraciət daxil olub. Daxil olan müraciətlər virtual aktivlər, ödəniş xidmətləri, eləcə də sığorta və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlıdır.

Hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin ilkin qiymətləndirilməsi prosesi başlayıb. Növbəti mərhələdə müraciətlərə baxılması və yekun qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından dəyərləndirilməsi aparılacaq və yekun qərar qəbul olunacaqdır.

Xatırladaq ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə cəmləyən qaydalar toplusudur. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi nəzərdə tutulub. Həmçinin bu sahədə tənzimləmə çərçivəsinin yaradılması da hədəflənib.

Xüsusi tənzimləmə rejiminin istehlakçıların hüquqlarının qorunması, maliyyə sektorunda formalaşa bilən potensial risklərin effektiv idarə edilməsi və ümumilikdə maliyyə sisteminə inamın yüksəldilməsi istiqamətinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.