0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
ABŞ Xəzinə naziri Janet Yellen iflas edən “Silicon Valley Bank” (SVB) ilə bağlı açıqlama verib.
BBN.az ABC News TV proqramına istinadən xəbər verir ki, nazir deyib ki, “2008-ci ildəki maliyyə böhranında olduğu kimi bu dəfə iflas edən digər bir banka – SVB Banka maliyyə yardımı edilməyəcək və bu müzakirə mövzusu deyil”. “Biz bunu yenidən etməyəcəyik”, – deyə o, sözlərinə əlavə edib.
Qeyd edək ki, sonuncu dəfə ABŞ-da belə bir böyük bankın iflası 2008-ci il maliyyə böhranında baş vermişdi