Yanvar ayında istehlak qiymətləri indeksi artıb

2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil etmişdir.

2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 114,1 faiz təşkil etmişdir.

2023-cü ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin fevral ayına nisbətən 117,1 faiz təşkil etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır