Home » Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş vəsait 2206,9 milyon manat təşkil edib

Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş vəsait 2206,9 milyon manat təşkil edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2023-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2206,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 60,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,3 dəfə artmışdır. İstifadə olunmuş vəsaitin 1125,5 milyon manatı və ya 51,0 faizi məhsul istehsalı sahələrinə, 968,5 milyon manatı (43,9 faizi) xidmət sahələrinə, 112,9 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1657,3 milyon manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1626,4 milyon manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 44,8 faiz, büdcə vəsaitləri 42,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, bank kreditləri 1,8 faiz, sair vəsaitlər isə 3,9 faiz təşkil etmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.