Home » Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 11,5 milyon müraciət qeydə alınıb

Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 11,5 milyon müraciət qeydə alınıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin yanvar-sentyabr aylarında 11,5 milyon müraciət qeydə alınıb.

Müraciətlər üzrə əmək münasibətləri, məşğulluq, sosial müdafiə və sosial təminat, sosial sığorta, əlillik və reabilitasiya, övladlığagötürmə və s. üzrə vətəndaşlara xidmətlərin göstərilməsi təmin olunub.

Ümumilikdə Nazirlik üzrə 170 xidmətdən 105-i e-platforma üzərindən göstərilir. Bu e-xidmətlərin böyük hissəsi sosial təminat sahələri ilə bağlıdır. Həmçinin 44 e-xidmət   proaktiv qaydada (şəxsin sosial təminat növünə hüququ yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılması) xidmətlərin göstərilməsini təmin edir.

Hazırda qurumun fəaliyyət sahələri üzrə daha 56 xidmətin də elektronlaşdırılması üçün işlər aparılır. Onlardan 20-ə qədəri proaktiv xidmətlər olacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.