Home » Yanvar-sentyabr aylarında pensiya ödənişlərinə 609 mln. manat çox olmaqla 4 mlrd. 277 mln. manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiya ödənişlərinə 609 mln. manat çox olmaqla 4 mlrd. 277 mln. manat vəsait yönəldilib

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz (609 mln. manat) çox olmaqla 4 mlrd. 277 mln. manat vəsait yönəldilib.

Yeni sosial islahat paketi çərçivəsində 2023-cü il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Həmçinin ötən il pensiyaçılara verilmiş maddi yardımlar bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib. Bu artımdan sonra pensiyalar ötən ilki orta aylıq əməkhaqqının artım tempi üzrə 14,7 faiz indeksləşdirilərək artırılıb.

Yanvar-sentyabr aylarında pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 466 manata çatıb.

Qeyd olunan dövrdə 23,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.