Home » Yanvarda 31 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb

Yanvarda 31 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 31 020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

BBN.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 5 594-ü (18 %) ilkin, 25 426-sı (82 %) isə təkrar qeydiyyatın payına düşüb.

Ötən ay fərdi yaşayış və bağ evi üzərində 6 420, mənzil üzrə 7 338, torpaq sahəsi üzrə 16 184, qeyri-yaşayış binası üzrə 271, qeyri-yaşayış sahəsi üzrə 754, əmlak kompleksi üzrə 47 və çoxmərtəbəli yaşayış binası üzrə 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Hesabat dövründə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7 562-si Bakı şəhərinin, qalan hissəsi isə regionların payına düşüb.

Bundan başqa, yanvar ayında 21 928 texniki pasport tərtib edilib, 5 271 ipoteka müqaviləsi isə dövlət qeydiyyatına alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.