1

Bu ilin yanvar ayında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 26,1 milyon manat vəsait daxil olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
Ötən ay 4 hərrac keçirilib və hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan əlavə, ay ərzində Dövlət Xidməti 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456 yeni icarə müqaviləsi bağlayıb. Bu müqavilələr hesabına büdcəyə 1 il əvvələ nisbətən 48 % çox – 4,9 milyon manat vəsait ödənilib.





