Home » Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar ayında Azərbaycanın icmal büdcəsinin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Nəticədə ötən ay icmal büdcədə 2 milyard 694,4 milyon manat həcmində profisit yaranıb ki, bu da ÜDM-in 29,7 %-nə bərabərdir.

Xatırladaq ki, icmal büdcəyə dövlət büdcəsi ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun, İcbari Tibbi Sığorta Fondunun və Naxçıvan Muxtar Respublikasının büdcələri daxildir.

Yanvar ayında Azərbaycanda 9 milyard 78,7 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.