1

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 156,604 milyon manat sığorta haqqı toplanılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 62,012 milyon manat təşkil edib. Bu, illik müqayisədə 30,2 % artım deməkdir.
Yanvar ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni ayında bu göstərici 29,1 manat olub.





