Bu ilin yanvar ayında Azərbaycandakı xəzinədarlıq orqanları 37 mindən artıq ödəniş tapşırığı icra edib.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri sifarişlər əsasında xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin olunub.