
Yanvarın 1-dən “Aİ-92” markalı benzinin 1 litri 5 qəpik, dizelin 1 litri isə 10 qəpik bahalaşacaq.
Tarif Şurasının açıqlamasına görə, “Aİ-92” benzininin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin isə 1 manatdan 1 manat 10 qəpiyə yüksələcək.
Qiymət artımının əsas səbəbi yanacağın hər litrinə görə yol vergisinin 7 qəpik müəyyən edilməsi və bu vəsaitlərin yeni yaradılmış “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönəldilməsidir.
Fondun vəsaitləri avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin olunması və ümumi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi üçün istifadə olunacaq.
Tarif dəyişikliyindən sonra belə, ölkəmizdə benzinin və dizelin qiymətləri digər ölkələrlə müqayisədə yüksək deyil.







