Home » “Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 9,975 milyon manat xalis mənfəətlə başa vurub

“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 9,975 milyon manat xalis mənfəətlə başa vurub

by Zeyneb
0 comments 2 views 1 minutes read

Bankın maliyyə hesabatına istinadən verilən məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 19,4 % azdır.

Hesabat dövründə Bankın gəlirləri 81,705 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 13,4 % artım deməkdir. Xərclər 60,265 milyon manata çatıb (15,2 % artım).
Xüsusi ehtiyatlara ayırmalar 9,704 milyon manat olub ki, bu da 2,8 dəfə artım deməkdir. Bankın mənfəət vergisi üzrə ödənişləri isə 1,762 milyon manat təşkil edib (54,7 % azalma).

2026-cı il yanvarın 1-nə Bankın aktivləri 792,728 milyon manata çatıb. Bu göstərici son bir ildə 8,5 % artıb. Aktivlərin 435,768 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşür. İl ərzində Bankın kredit portfeli 50,4 % böyüyüb.

Hesabat dövründə öhdəliklər 7,9 % artaraq 669,155 milyon manat, depozit portfeli isə 1,3 % azalaraq 527,743 milyon manat təşkil edib. Bankın balans kapitalı 12,4 % artaraq 123,573 milyon manata yüksəlib.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan 1998-ci ildə yaradılıb və 2007-ci ildə rebrendinq edilib. Bankın nizamnamə kapitalı 55,381 milyon manatdır. Səhmlərin 99,8 %-i Türkiyənin Yapı Kredi Bankına, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler”, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətlərinə məxsusdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.