Home » “Yapı Kredi Bank Azərbaycan” iki aztəminatlı xanıma öz biznesini qurmaqda dəstək oldu

“Yapı Kredi Bank Azərbaycan” iki aztəminatlı xanıma öz biznesini qurmaqda dəstək oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə dəstək vermək məqsədi ilə Yapı Kredi Bank Azərbaycan cari ilin iyun ayının 30-da Sumqayıt şəhərində öz dərzi atelyesini qurması üçün  2 xanıma lazım olan avadanlıqları təqdim etmişdir. 

Uzun illərdir ev şəraitində dərzi fəaliyyəti ilə məşğul olan Elnarə Cəfərova və Gülnar Əzimovanın arzusu özlərinə məxsus atelyeni yaratmaq olmuşdur. Kiçik sahibkar olaraq fərdi dərzi atelyesinin yaradılması üçün onlarla danışıqlar aparılmış və təqdim etdikləri plan əsasında lazımlı avadanlıqlar Bank tərəfindən alınmışdır.

“Yapı Kredi Bank Azərbaycan”  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşulmuşdur. Bank bu ilin may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək vermişdir. Bank növbəti aylarda bu istiqamətdə işləri davam etdirir və daha bir neçə aztəminatlı ailənin biznes ideyalarının reallaşmasına dəstək verəcəkdir. 

Yapı Kredi Bank Azərbaycan respublikamızda mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək göstərir və həmin sahəyə kredit verilməsini prioritet götürməklə yanaşı, korporativ sosial məsuliyyət proqramlarına daim əhəmiyyət verir. Proqramın iştirakçılarına verilən dəstək gələcəkdə yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə kömək edəcəkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.