0
29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilmiş və ənənəvi Bankçılıq Mükafatları – 2023 adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə mükafatlarla təltif edilmişdir.
Qiymətləndirməyə əsasən Yapı Kredi Bank Azərbaycan 2023-cü il üçün “Korporativ sosial məsuliyyət”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə ABA tərəfindən mükafata layiq görülüb.