Home » Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Honda Taro ilə görüşüb.

Nazir ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.

Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Honda Taro Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Yaponiyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə 2022-ci ilin “Azərbaycan – Yaponiya Dostluq İli” elan olunduğunu diqqətə çatdırıb, ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına dair fikirlərini bölüşüb.

Tərəflər iqtisadi, xüsusilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.