![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Son aylarda qlobal səviyyədə yarımkeçirici çiplərin istehsalında azalma və nəticə etibarilə yaranan çip “qıtlığı” elektronika cihazlarının istehsal həcmindən əhalinin məşğulluq səviyyəsinə qədər bir sıra sahələrdə kəskin geriləməyə səbəb olub.
Sözügedən mənfi təsirlərin qarşısının alınması və yarımkeçirici istehsalının artırılması məqsədilə Yaponiya hökuməti yeni investisiya layihəsi başladıb. Layihəyə əsasən, dövlətin 2021-ci il büdcəsindən 600 milyard yen (5.2 milyard dollar) məbləğindən vəsait ayrılıb. Ayrılan vəsaitin 400 milyard yenlik qismi yarımkeçirici bazarının ən böyük iştirakçısı olan (53%) Tayvan mərkəzli TSMC şirkəti tərəfindən Yaponiyada inşası planlaşdırılan 7 milyard dollarlıq ilk ən böyük çip zavodunun inşasına dəstək olaraq yönəldiləcək. Qalan 200 milyardlıq hissə isə, yarımkeçirici istehsalı üzrə həyata keçirilən digər xırda layihələrə ayrılacaq.