Home » Yaponiyada gələn il ilk çip zavodu tikiləcək

Yaponiyada gələn il ilk çip zavodu tikiləcək

by bbnadm
0 comments 0 views 1 minutes read

Dünyanın ən böyük silikon çip istehsalçısı olan “Taiwan Semiconductor Manufacturing Co” (TSMC) Yaponiyada ilk böyük çip zavodunu inşa edəcəyini açıqlayıb. Gələn il inşasına başlanması planlaşdırılan zavodun 2024-cü ilədək yekunlaşacağı proqnozlaşdırılıb. Zavod 22 və 28 nanometr ölçülü çip texnologiyasının istehsalına fokuslanacaq.

Şirkət rəsmisi mətbuata açıqlamasında, həm müştərilərindən, həm də Yaponiya hökumətindən bu barədə təsdiq cavabı alındığını bildirib.

“TSMC” həmçinin bildirib ki, zavod üçün ilkin 7 milyard dollarlıq investisiya qoyulsa da, şirkətin Yaponiyada uzunmüddətli dövr üçün 100 milyar dollar həcmində investisiya layihələri planları mövcuddur.

Məlumat üçün qeyd edək ki, Yaponiyanın texnologiya nəhəngi “Sony Corporation” da bu zavodun tikintisində Tayvan şirkətinə dəstək göstərəcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.