Home » Yaşıl enerji sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri Laçın rayonuna səfər edib

Yaşıl enerji sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri Laçın rayonuna səfər edib

by ulviyya
0 comment 2 views 1 minutes read

Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpa olunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin rəhbərliyi ilə Azərbaycanda müvafiq sahədə fəaliyyət göstərən “Masdar”, “ACWA Power” və “Gezhouba Group” şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Səfər çərçivəsində əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib. Görüşdə Laçın rayonunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən layihələr, rayonun Minkənd ərazisində külək elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb. Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bərpa olunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.

“Masdar”, “ACWA Power” və “Gezhouba Group” şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinə investisiya yatırmaqda maraqlı olduqlarını bildirib. Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib.

Səfər zamanı nümayəndə heyəti Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində də olublar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.