Home » Yaşıl İqlim Fondu ilə Əməkdaşlığa Hazırlıq Proqramı müzakirə edilib

Yaşıl İqlim Fondu ilə Əməkdaşlığa Hazırlıq Proqramı müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aqrar Elm və İnnovasiya Mərkəzində “Kənd təsərrüfatı və digər sektorlarda Milli Səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkə potensialının artırılması və Azərbaycanda ölkənin iş proqramına uyğun müxtəlif sektorlardan fondun maliyyəsinə birbaşa çıxışı olan potensial milli qurumların müəyyən edilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində Yaşıl İqlim Fondu ilə Əməkdaşlığa Hazırlıq Proqramının müzakirəsi keçirilib. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, Fondun ekspertlər qrupunun üzvləri olan türkiyəli mütəxəssis Çağlar Başsüllü, İsa Əliyev və Elçin Atababayev iştirak ediblər.

Məlumat verilib ki, 2017-ci ildə Paris Sazişinə qoşulmuş Azərbaycan Respublikası milli öhdəlik kimi dünya iqlim dəyişikliyi üzrə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyası səviyyəsini 35 faiz azaltmağa nail olmalıdır. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yaşıl İqlim Fondu ilə birgə təhlili məlumat bazalarının yaradılması, praktiki texnoloji həllərin tapılması və ölkə üzrə milli proqramın hazırlanmasını təmin etməlidir.

Qrupların müzakirəsində Milli Proqram ilə bağlı təkliflərin hazırlanması, təhlil edilərək təqdim olunması qərara alınıb.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov məlumat verib ki, son illər elmi-tədqiqat işləri təbii resursların qorunması, resursqoruyucu texnologiyaların tətbiq edilməsi, stres faktorlarına dözümlü sort və tinglərin, heyvan cinslərinin yaradılması istiqamətinə yönəldilib. Hazırlanacaq Milli Proqramda Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə yeni yanaşması öz əksini tapacaq. Türkiyəli mütəxəssis Çağlar Başsüllü Azərbaycanda müxtəlif bölgələrdə meşə və yaşıllıq zolaqlarının salınması, havada karbon qazı yaradan tullantıların emal edilərək orqanik gübrə istehsalı sahələrinin yaradılmasının vacib olduğunu bildirib.

Müzakirədə işçi qruplarının mütəmadi görüşlərinin təşkili, Milli Proqramın hazırlanması üzrə təkliflərin formalaşdırılması qərara alınıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.