Home » Yaşıl Kart Sistemi çərçivəsində yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib

Yaşıl Kart Sistemi çərçivəsində yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib

by anar
0 comment 0 views 1 minutes read

 İcbari Sığorta Bürosu tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində ölkə xaricinə yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib.

79 680,56 manat (43 098,53 avro) məbləğində sığorta ödənişi Almaniyanın Dortmund şəhərində Azərbaycan Yaşıl Kartına malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş hadisəyə görə ödənilib.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilkdə 264 yol-nəqliyyat hadisəsi baş verib. Həmin sığorta hadisələrinə görə 998 846 manat ödəniş həyata keçirilib.

Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.