Home » “Yaşıl Kart” üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı azaldı

“Yaşıl Kart” üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı azaldı

by Zeyneb
0 comments 2 views 1 minutes read

Yaşıl Kart” sistemi çərçivəsində sığorta xidməti göstərən Azərbaycan şirkətlərinin sayı azalıb.

“AtaSığorta” ASC “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin siyahısından çıxarılıb. Bununla da sözügedən sistem üzrə xidmət göstərən şirkətlərin sayı 7-dən 6-ya enib.

Hazırda “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərən sığorta şirkətləri bunlardır:

  • “Atəşgah” Sığorta Şirkəti ASC

  • “Azərbaycan Sənaye Sığorta” ASC

  • “Meqa Sığorta” ASC

  • “Paşa Sığorta” ASC

  • “Qala Sığorta” ASC

  • “Xalq Sığorta” ASC

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 6 yanvar 2026-cı il tarixli qərarına əsasən, “AtaSığorta” ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.