Home » “Yaşıl zona”da fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda noyabrın 22-dək təqdimatlar keçiriləcək

“Yaşıl zona”da fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda noyabrın 22-dək təqdimatlar keçiriləcək

by anar
0 comments 4 views 1 minutes read

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl zona” da fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunu ziyarət edib.

Pavilyonda Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının fəaliyyətini əks etdirən materiallar sərgilənir, aqrar sahədə həyata keçirilən tədbirlər, o cümlədən kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ yeniliklər və həllər, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi üçün görülən işlər, məhsuldarlığın ölçülməsi üzrə yığım izləmə sistemi, məhsul itkisinin qarşısını almaq və resurslardan səmərəli istifadə üçün preventiv tədbirlər, bu sahədə aparılan elmi tədqiqat işləri və digər istiqamətlərdə müxtəlif təqdimatlar edilir.

Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda gündəlik təqdimatlar noyabrın 22-dək davam edəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.