Home » Yaxın Şərq müharibəsi qlobal iqtisadiyyata zərbə vura bilər – Çin əsas itirənlər arasında göstərilir

Yaxın Şərq müharibəsi qlobal iqtisadiyyata zərbə vura bilər – Çin əsas itirənlər arasında göstərilir

by yunus
0 comments 0 views 2 minutes read

Yaxın Şərqdə artan hərbi qarşıdurma qlobal iqtisadiyyat üçün yeni risklər yaradır.

BBN.az xəbər verir ki, iqtisadçıların qiymətləndirməsinə görə, münaqişənin ən sürətli təsiri maliyyə bazarlarında hiss olunur – investorlar təhlükəsiz aktivlərə yönəlir, səhmlər ucuzlaşır.

Qızıl və digər “təhlükəsiz liman” alətlərinə tələbat artdığı halda, səhm bazarlarında eniş müşahidə olunur. Xüsusilə zəif valyuta ehtiyatlarına malik kiçik iqtisadiyyatlar daha həssas hesab edilir.

Əsas ötürmə kanalı – neft

Mütəxəssislər bildirirlər ki, qlobal iqtisadiyyata əsas təsir neft qiymətləri vasitəsilə ötürüləcək. “Brent” markalı neftin qiyməti 13%-ə qədər artaraq bir barel üçün 82 dolları keçib ki, bu da 2025-ci ilin yanvarından bəri ən yüksək səviyyədir.

İran qlobal neft təchizatının təxminən 5%-ni təmin edir. Analitiklərin hesablamalarına görə, İran ixracının tam dayanması neft qiymətlərini təxminən 20% artıra bilər.

Bundan əlavə, dünya neft tədarükünün təxminən 20%-i Hörmüz boğazından keçir. Bu marşrutun bağlanması halında qiymətlərin 108 dollara qədər yüksələ biləcəyi ehtimal edilir.

Kim uduzacaq, kim qazanacaq?

Yüksək neft qiymətləri əsas idxalçı ölkələr – Çin, Avropa və Hindistan üçün mənfi təsir yaradacaq. Eyni zamanda Rusiya, Kanada və Norveç kimi ixracatçı ölkələr bundan faydalana bilər.

ABŞ üçün isə təsir daha balanslı qiymətləndirilir. Yanacaq qiymətlərinin artması istehlakçıların gəlirlərinə təzyiq göstərsə də, ölkənin şist nefti istehsalı sayəsində artıq xalis ixracatçı mövqeyində olması ümumi iqtisadi zərbəni məhdudlaşdıra bilər.

Ssenarilər

Analitiklərin bir qismi məhdud miqyaslı müharibə ehtimalını daha yüksək qiymətləndirir. Bu ssenaridə qarşıdurma qısa müddətdə nəzarət altına alına bilər.

Digər ssenari isə daha uzunmüddətli qarşıdurma və neft qiymətlərinin 150 dollara qədər yüksəlməsi ehtimalını nəzərdə tutur.

Ekspertlərin fikrincə, İran ABŞ-ın hərbi üstünlüyü ilə rəqabət apara bilməsə də, regionda xərcləri artırmaq və münaqişəni uzatmaq imkanlarına malikdir.

Qlobal risklər artır

Artıq qlobal iqtisadiyyat ticarət mübahisələri, proteksionist siyasət və texnoloji transformasiyanın əmək bazarına təsiri kimi amillərlə üzləşir. Yaxın Şərqdə yeni eskalasiya isə əlavə qeyri-müəyyənlik yaradır.

Regionda hava nəqliyyatında ləngimələr qeydə alınıb, böyük konteyner daşıyıcı şirkətlər isə Fars körfəzindən yayınmaq üçün marşrutlarını dəyişməyə başlayıblar.

İqtisadçılar hesab edirlər ki, qarşıdakı gün və həftələrdə hadisələrin inkişafı qlobal bazarların istiqamətini müəyyən edəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.