Home » Yaxın Şərqdə gərginlik nefti bahalaşdırdı: Brent 81 dolları keçdi

Yaxın Şərqdə gərginlik nefti bahalaşdırdı: Brent 81 dolları keçdi

by Zeyneb
0 comments 0 views 1 minutes read

Dünya bazarlarında neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması və Saudi Aramco şirkətinin neft emalı zavoduna zərbə endirilməsi barədə xəbərlər fonunda kəskin yüksəlib.

Yazın ilk ticarət sessiyalarında qiymətlər 10 %-ə yaxın artım göstərib.

Brent markalı neftin may fyuçersləri bir barel üçün 80,05 ABŞ dollarına çatıb. WTI markalı neftin aprel fyuçersləri isə 9,06 % bahalaşaraq 73,09 ABŞ dolları olub.

Bundan əvvəl, Bakı vaxtı ilə saat 03:02-yə olan məlumata əsasən, ICE birjasında Brent markalı xam neftin qiyməti ticarət həftəsinin əvvəlində 12,2 % artaraq 23 iyun 2025-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 81 dollar həddini keçib və 81,79 dollara yüksəlib.

Saat 03:16-ya olan məlumata görə isə artım tempi bir qədər zəifləyib və Brent nefti 9,02 % bahalaşma ilə 79,4 dollar səviyyəsində ticarət olunub.

Analitiklər qeyd edirlər ki, regionda hərbi risklərin artması enerji bazarlarında qiymət dalğalanmalarını gücləndirir və investorlar mümkün təchizat risklərini qiymətlərə daxil edirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.