Home » Yelo Bank 2025-ci ili 31,3 mln. manat xalis mənfəətlə başa vurub

Yelo Bank 2025-ci ili 31,3 mln. manat xalis mənfəətlə başa vurub

by Zeyneb
0 comments 2 views 1 minutes read

Yelo Bank ASC 2025-ci ilin yekunlarına görə 31,276 milyon manat xalis mənfəət əldə edib.

Ötən il Bankın gəlirləri 200,742 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9,6 % artım deməkdir. Xərclər 158,867 milyon manat olub (13,1 % artım). Xüsusi ehtiyatlara ayırmalar 5,094 milyon manat təşkil edib, mənfəət vergisi üzrə ödənişlər isə 5,504 milyon manat olub ki, bu da illik müqayisədə 26,6 % çoxdur.

2026-cı il yanvarın 1-nə Bankın aktivləri 1 milyard 515,246 milyon manata çatıb. Bu göstərici illik müqayisədə 18,4 % artıb. Aktivlərin 1 milyard 63,376 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Hesabat dövründə Bankın kredit portfeli 16,1 % genişlənib.

Eyni dövrdə Yelo Bankın öhdəlikləri 17,9 % artaraq 1 milyard 338,752 milyon manat, o cümlədən depozit portfeli 1 milyard 94,325 milyon manat (17,8 % artım) təşkil edib. Bankın balans kapitalı isə 22,6 % artaraq 176,493 milyon manata yüksəlib.

Qeyd edək ki, Yelo Bank 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Bankın nizamnamə kapitalı 378 milyon manatdır. Səhmlərin 98,94 %-i Marina Kulişovaya, 0,96 %-i Bankın İdarə Heyətinin sədri Anar Həsənova, 0,1 %-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.