Home » Yelo Bank-da rəsm master-klası keçirildi

Yelo Bank-da rəsm master-klası keçirildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yelo Bank-ın baş ofisində əməkdaşları üçün master-klas təşkil olunub. Master-klasa “Mincə Sənət” qalereya və məktəbinin peşəkar müəllimləri dəvət olunmuşdu. Əməkdaşlar akvarel boya texnikası ilə rəsm çəkməyi öyrənib, bacarıqlarını nümayiş etdirdilər. Bu cür master-klasların təşkilində əsas məqsəd əməkdaşların asudə vaxtlarını səmərəli keçirmələri və öz istedadlarını kəşf etmələridir.
 
Yelo Bank əməkdaşları arasında iş və həyat balansına xüsusi diqqət yetirir. “Parlaq Bankçılıq” konsepsiyasına uyğun olan bina geniş ofis sahəsi, rahat iş yerləri, böyük akt zalı, kitabxana, idman zalı və yeməkxana da daxil olmaqla öz funksionallığı ilə seçilir. Mövcud infrastruktur Bank-da eyni zamanda 400 nəfərin iştirakı ilə təlimlərin, təqdimatların, film nümayişi və müxtəlif tədbirlərin keçirilməsinə imkan verir. Komanda üzvlərinin bacarıq və biliklərinin inkişaf etdirilməsi məqsədilə müxtəlif təlimlər, həmçinin sağlamlıq, incəsənət, əyləncə və s. mövzulu master-klaslar da təşkil olunur. Qeyd olunanların hamısı əməkdaşlara iş məsələlərini həll etməklə bərabər, ünsiyyət, sosiallaşma , qarşılıqlı əlaqə və görüşlər üçün də imkan yaradır.
 
Siz də Yelo komandasına qoşulmaq və peşəkar korporativ mühitdə irəliləmək istəyirsinizsə, Bank-da mövcud vakansiyalarla tanış ola bilərsiniz: https://bit.ly/bank-vakansiya
 
Bank xidmətləri, eləcə də bank vakansiya (https://www.yelo.az/az/about-bank/career/vacancies/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.