Home » Yelo Bank dedi və etdi: hər müştəri üçün bir ağac!

Yelo Bank dedi və etdi: hər müştəri üçün bir ağac!

by Aytac
0 comment 0 views 1 minutes read

Yelo Bank “Yaşıl əmanət” kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası təşkil etdi. Yelo komandası, AzInTelecom şirkətinin heyəti və media nümayəndələrinin qatıldığı aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində yaşıllıq zonası üçün ayrılmış ərazidə 1500-dən çox ağac əkildi. Qeyd edək ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə baş tutub.

Bu sosial layihə Yelo Bank-ın əmanətçilərinin birgə təşəbbüsü ilə ərsəyə gəlib. Belə ki, sentyabr ayında başladılmış kampaniya şərtlərinə əsasən Yelo Bank-da həm filialda, həm də Yelo mobil tətbiqi vasitəsilə SİMA İmza ilə onlayn açılmış əmanət hesabları təbiətə bir ağac bəxş edib. Bu təşəbbüsə qoşulmuş əmanətçilərə Bank tərəfindən rəqəmsal eko-sertifikat da təqdim olunub. Kampaniyanın əsas məqsədi müştərilərin yatırımlarına parlaq gəlir qazandırmaqla bərabər növbəti nəsillərə yaşıl gələcək miras qoymaqdır.

Yelo Bank həm şirkətdaxili mədəniyyətdə, həm də müştərilərə xidmətlərdə ekoloji davamlı təşəbbüsləri aktiv dəstəkləyir. Bank bundan sonrakı fəaliyyətində də təbiəti qorumağa, təbii resurslardan şüurlu istifadəyə təşviq və təbliğinə davam edəcək.

Bank xidmətləri (https://tecilikredit.az/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.