Böyük Britaniyanın HSBC bankı yeni iflas edən Silicon Valley Bank-ın (SVB) Böyük Britaniyadakı bölməsini alacaq.
BBN.az Sky News-a istinadən xəbər verir ki, nəticədə HSBC 6.7 milyard funt sterlinq dəyərində 3000-dən çox müştəri depozitlərinin qorunmasına təminat verəcək.
Qeyd edək ki, ötən həftə ABŞ-ın ən böyük banklarından biri olan Silicon Valley Bank iflas etdiyini elan edib və bu isə 2008-ci ilin maliyyə böhranından bu yana 2-ci ən böyük bank böhranıdır və dövlət isə heç bir maliyyə yardımının gündəmdə olmadığını açıqlayıb.