Home » Yeni nəhəng zavodun açılışında Elon Musk “robotaksi” istehsalını vəd edib

Yeni nəhəng zavodun açılışında Elon Musk “robotaksi” istehsalını vəd edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Elektrikli avtomobil istehsalı üzrə beynəlxalq arenada ən qabaqcıl şirkət olan “Tesla” şirkəti mərkəzi ofisini Kaliforniyanın Palo Alto şəhərindən çıxararaq, Texas ştatına köçürür. Ucuz işçi qüvvəsinin qıtlığı, həmçinin Kaliforniya ştatının daxili qanunlarının və vergitutma sisteminin çətin olması səbəbilə verilən bu qərar nəticəsində Texas ştatının Austin şəhəri yaxınlığında 1.1 milyard dollarlıq zavod inşası həyata keçirilib.

“Giga Texas factory” adlandırılan zavodun açılış mərasimində çıxış edən Elon Musk 2023-cü ildə istehsalın kəskin artırılacağını açıqlayıb. Açılışda həmçinin, “Cybertruck” elektromobilinin təkmilləşdirilmiş versiyasının prototipi nümayişə çıxarılıb.

İlkin olaraq, “Model Y” və “Cybertruck” istehsalına start veriləcək zavodun ümumi istehsal qabiliyyəti illik 500 min avtomobil olacaq. Növbəti illərdə “Semi” və “Roadster” modellərinin də istehsalına başlanılacağını açıqlayan Elon Musk tamamilə avtonom insansız idarə edilən robotaksilərin də istifadəyə veriləcəyini vurğulayıb.

Digər tərəfdən isə, təsisçinin robotaksilərlə bağlı dəqiq tarix və detallı məlumat verməməsi layihənin icrasını sual altına qoyur. Belə ki, 2019-cu ildə verdiyi açıqlamasında, tam avtonom rejimdə işləyən robotaksilərin 2020-ci ildə ABŞ bazarına buraxılacağını vurğulasa da, daha sonra bu layihənin icrası ilə bağlı açıqlama yer almayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.