Home » Yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 20% artıb

Yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 20% artıb

by bbnadm
0 comments 0 views 0 minutes read

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları (NKA) ilə dövriyyə 3,1 milyard manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bundan başqa, məlumata görə, indiyə qədər ölkə ərazisində 86 447 ədəd yeni nəsil NKA quraşdırılıb.

“Onlardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır”, – deyə qurum bəyan edib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.