Home » Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11,2 faiz artıb

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11,2 faiz artıb

by anar
0 comments 1 views 0 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İndiyədək ölkə ərazisində 95.907 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə kassa  aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar ayı ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,7 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 174,6 min manatdan, yaxud 11,2 faizdən çoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.