Home » “Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda biznes forum keçirilib

“Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda biznes forum keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Forumda sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, elmi yeniliklərin biznesə inteqrasiyası müzakirə edilib. 

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda I BANM biznes forumu keçirilib. 

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov elmi yeniliklərin biznesə inteqrasiyası, Agentliyin dəstək və xidmətləri barədə məlumat verib. Qeyd olunub ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bizneslərin mütləq əksəriyyəti KOB subyektləridir. Sahibkarların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması üçün elmi yeniliklərin biznesə inteqrasiyası əhəmiyyətlidir. Bu məqsədlə 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu tədbir yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən texnoloji yeniliklərin praktik tətbiqi baxımından əhəmiyyətlidir. İndiyədək keçirilmiş 3 müsabiqə çərçivəsində 40-a yaxın layihə maliyyələşdirilib. İnnovativ biznes və startap ekosisteminin inkişaf etdirilməsi üçün mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. KOBİA universitetlərin elmi potensialından istifadə edilməsi, tələbələr arasında müasir və innovativ düşüncəli sahibkarların formalaşdırılması məqsədilə ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.