Daha öncə Microsoft tərəfindən bildirilmişdir ki, Windows 10 sonuncu əməliyyat sistemi olacaq. Ancaq maraqlıdır ki, şirkətin Windows 11-in 2021-ci ildə geri qayıdacağını açıqlaması hamını təəccübləndirmişdi.
BBN.az www.trustedreviews.com texnologiya nəşrinə istinadən xəbər verir ki, ancaq yeni açıqlanan hesabata əsasən isə Windows 12-i 2024-cü ildə əlçatan olacaq. Belə aydın olur ki, hər 3 ildən bir yenidən Windows əməliyyat sisteminin yeni versiyalarını görəcəyik.
Qeyd edək ki, lakin Microsoft və Intel texnologiya şirkətləri bu haqda nəşrin sorğusuna cavab verməyib.