0
Yevlax Pilot Aqroparkın qeydiyyata alınmış yeni rezidentləri tərəfindən ümumilikdə 141 nəfər işlə təmin ediləcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda “Yard Agro” MMC və fərdi sahibkar Vüqar Novruzova rezident statusu verilib, bununla da aqroparkda rezident sayı 33-ə çatıb.
Yeni rezidentlər tərəfindən 57.7 hektar sahədə investisiya həcmi 781 min manat olan intensiv meyvə bağları salınacaq, 16 nəfər daimi, 125 nəfər isə mövsümi işlə təmin ediləcək.