
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Yığım” brendi ilə fəaliyyət göstərən “Drakaris” MMC barəsində inzibati məsuliyyət tədbiri görülüb.
21.04.2025 – 19.05.2025-ci il tarixlərində Mərkəzi Bank tərəfindən “Drakaris” MMC-də keçirilmiş yerində yoxlamalar zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması halları aşkarlanıb.
Aşkar edilmiş pozuntularla əlaqədar olaraq, şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrinə əsasən hüquqi şəxs qismində 30 000 manat məbləğində cərimə edilib. Təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində inzibati cəriməyə məruz qalıb.
Bununla yanaşı, AMB tərəfindən “Status Sığorta Brokeri”nə icrası məcburi olan sərəncam verildiyi bildirilib.
Qeyd edək ki, maliyyə sektorunda fəaliyyət göstərən qurumlara nəzarət çərçivəsində qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamalar davam etdirilir.





