Home » YouTube-a yeni funksiyalar gəldi

YouTube-a yeni funksiyalar gəldi

by yunus
0 comment 0 views 1 minutes read

YouTube oxutma sürətini dəqiq tənzimləmək imkanı,yeni mini video pleyer və yuxu taymeri kimi kimi bir sıra kiçik, lakin lazımlı yeni funksiyalar gətirəcək.

BBN.az bu barədə The Verge.com nəşrinə istinadən xəbər verir.

YouTube-un yeni video sürət nəzarətləri indi sürəti 0,25x artım əvəzinə 0,05x səviyyələrində tənzimləməyə imkan verəcək. Beləliklə, istifadəçilər onlara ən uyğun olan oxutma sürətini müəyyən etmək üçün daha çox seçimə sahib olacaqlar. Ən yüksək oxutma sürəti hələ də 2x ilə məhdudlaşacaq.

YouTube-dan gələn daha bir yenilik mini pleyerlə bağlıdır. İndi yenilənmiş mini pleyerin ölçüsünü və mövqeyini dəyişmək mümkün olacaq.

YouTube-dan  daha digər bir yenilik müəyyən müddətdən sonra videoları dayandıra bilən yeni yuxu taymeri funksiyasıdır. Yuxu taymerini 10 dəqiqə ilə bir saat arasında qurmaq mümkün olacaq.

YouTube ilk dəfə bu il Premium abunəçiləri üçün yuxu taymeri funksiyasını sınaqdan keçirdi, lakin indi bu funksiya, bütün mobil istifadəçilər üçün əlçatan olacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.