YouTube qeyri-zorakı aqressivliyi və ideallaşdırılmış fiziki görünüşləri göstərən videoların platformada gənclərə təqdim edilməsini məhdudlaşdırmaq üçün yeni alqoritm düzəldir.YouTube açıqlamasında belə videoların “tək bir video kimi zərərsiz ola biləcəyini”, lakin “dəfələrlə izlənildikdə bəzi gənclər üçün problem yarada biləcəyini” bildirib.
BBN.az xəbər verir ki, mütəxəssislərin dəfələrlə izlənilən məzmunun gənclərə zərərli təsir göstərə biləcəyi barədə xəbərdarlıq etməsindən sonra YouTube 13-17 yaşlı gənclərə fitnes səviyyələrini, bədən çəkisini və ya fiziki xüsusiyyətlərini ideallaşdıran videoların tövsiyə edilməməsi qərarına gəlib.
Şirkət bu məzmunlar qaydaları pozmadığını, lakin təkrar baxılması bəzi istifadəçilərin sağlamlığına təsir edə biləcəyini bildirdi.